
50 gün sonra həyata döndü - "Dərdimi ancaq məktublarla anladırdım"
13:47 26.12.2021
Dünya
1165
Türkiyənin Karabük bölgəsində yaşayan Tuğçenur İncebacak (26), ilk uşağına hamilə idi. Peyvənd olunmağa getdi, ancaq son anda imtina etdi.
Hamiləliyinin 30-cu həftəsində COVİD-ə yoluxdu. Karabükdə 8 gün xəstəxanada yatdı, vəziyyəti sürətlə ağırlaşdı.
Təcili yardımla İstanbula - xəstəxanaya sövq edildi. Təcili süni tənəffüs aparatına qoşuldu və reanimasiyaya qaldırıldı. Tuğçenur, boğazında tənəffüs cihazı balonu, boyunda qanını təmizləmək üçün bağlanan ECMO "şlankları" ilə yalnız dərdini məktubla anladaraq, 38 günü ECMO-də, cəmi 50 günlük reanimasiya müddətindən sonra zəfərlə çıxdı.
Nəhayət keçən həftə xəstəxanadan evə buraxılan Tuğçenur, nəhayət məmləkəti Karabükə dönərək haradasa 2 aydan sonra körpəsinə tam olaraq qovuşa bildi.
"MƏKTUBLAR SAYƏSİNDƏ MÜALİCƏYƏ YAXŞI CAVAB VERDİ"
Tuğçenur İncebacakın həkimi Dos. Dr. Murad Uğur isə bunları söyləyir:
"Tuğçenur təcili yardımla yoldaykən saturasyası ciddi nisbətdə düşür, bura gətiriləndə vəziyyəti həqiqətən çox kritik idi. O səbəblə dərhal keysəriyyə əməliyyatı ilə körpəsin sağ-salamat götürdük. Tuğçenur isə tənəffüs cihazına bağlandı. Ondan çox qısa bir müddət sonra da ECMO ehtiyacı oldu. 38 gün ECMO-da izlədik. ECMO-dan ayırdıqdan sonra 11 gün də reanimasiyada qaldı".
Gənc ananın reanimasiyada yatarkən onunla davamlı əlaqə yaratmağa çalışdığını və məktublarla ünsiyyət qurduqlarını bildirən Dos. Dr. Uğur, sözlərini belə davam etdirdi: "Ən təsir edici olanı isə bir cümə səhəri yazdığı məktubda, 'Doktor, dünən gecə çox pis keçdi, tibbi personalı çox yordum. Sizlərdən üzr istəyirəm, yaxşılaşma müddətim uzanacaq, məni aparatdan geç ayırmaq məcburiyyətində qalacaqsınız yəqin" yazmışdı. Biz bu məktubdan çox duyğulandıq; özünə hər şeyin yolunda olduğunu, planladığımız şəkildə aparatdan ayıracağımızı söylədik. Həqiqətən də müalicəsi planladığımız kimi irəlilədi. Məktubla ünsiyyət qurması, daha motivasiya olmasını təmin etdi. Çətinliklərini izah edə bildi, müalicəyə daha asan uyğunlaşma göstərdi."
"DƏRDİMİ YALNIZ YAZARAQ İZAH EDƏ BİLƏRDİM"

Həyat yoldaşı Sinanla 15 ildir sürən bir sevgi ilə evləndikdən sonra, ilk körpəsini qucağına almağın xəyallarını qurarkən birdən özünü reanimasiyada görən çiçəyi burnunda olan ana Tuğçenur İncebacak, korona üzündən heç bir şeyin xəyallarındakı kimi olmadığını söyləyərək "Həm tənəffüs cihazına, həm ECMO-ya bağlıydım. Səsim çıxmırdı, dərdimi deməyim yalnız məktublarla mümkün idi.
Yazdım, yalnız yazdım… Körpəmi ilk qucağıma almaq çox dəyişik bir duyğudu. Qoxusu hələ burnumdadır, sağlamlığı çox yaxşdı indi, şükür. O da mənim kimi savaşdı. Çünki 31 həftəlik doğuldu, ciyərləri inkişaf etməmişdi, koronadan da zərər görmüşdü" .
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region