60 il sonra məşhur səyyahın gəmisi tapıldı
11:08 14.06.2024
Dünya
465
Kanadada dənizaltı axtarışlarla məşğul olan qrup məşhur səyyah Ernest Şakletonun sonuncu dəfə səyahətə çıxdığı gəminin qalıqlarını tapıb.
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, “Quest" adı verilən gəmi, Kanadanın Nyufoundland sahillərini əhatə edən ərazidə, 390 mert dərinlikdə tapılıb. Antarktikanın kəşfi Ernest Şakletonun adıyla bağlıdır. “Quest” gəmisi isə məşhur səyyahın ölümünə şahidlik edib. Səyyah məhz bu gəmi ilə son səyahətini gerçəkləşdirib. Ehtimallara görə, 47 yaşlı səyyah dördüncü dəfə Antarktikaya səfər edərkən – 1922-ci ildə "Quest" gəmisində ürək tutmasından dünyasını dəyişib. Səyyahın ölümündən sonra Norveç şirkəti “Quest”i satın alıb və müxtəlif səyahətlər zamanı bu gəmidən istifadə edilib. İkinci Dünya müharibəsi zamanı da bu gəmi Kanada Kral Donanmasının tərkibində olub. 1914-1917-ci illər arasında Trans-Antarktika səfərini gerçəkləşdirdiyi zaman batan gəminin heyəti tarixdə ilk dəfə Antarktikaya quru yolla keçid etməyi planlaşdırıb. Kapitan Şakleton və gəmidəki 27 nəfərdən ibarət heyət quru əraziyə çıxaraq ağır iqlim şərtləri ilə mübarizə aparıb, lakin xilas olmağı bacarıblar. Bu hadisə səyyah-kapitan Ernest Şakletonun adını tarixə yazıb. Kapitan və gəmi heyətinin 17 gün ərzində dondurucu şaxta və nəhəng dalğalarla mücadiləsi dənizçilik tarixinin ən böyük nailiyyətlərindən hesab edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq