
95 yaşlı babasını araşdırdı: Uzunömürlüyün 7 kodunu tapdı
09:12 20.09.2023
Dünya
472
Yeməkdən sonra isti çay içir
ABŞ-nin Los-Anceles şəhərində yaşayan Mika Cribbs uzun və sağlam həyat üçün vacib olan amilləri tapıb. Həm də 95 yaşlı babası sayəsində. M.Cribbsin babası Yaponiyada yaşayır. 95 yaşlı baba təqaüdə çıxmış həkim kardioloqdur. M.Cribbs Yaponiyaya səfər edərək babasıyla görüşüb, baba da nəvəsinə uzun və sağlam həyat yaşamağın sirlərini tək-tək anladıb.

M.Cribbs “bir çox insan sağlam həyat haqqında bilgiləri valideynlərindən öyrənə bilər. Babamla uzun zaman keçirmək və onun həyat tərzini diqqətlə izləmək istədim. Yaponiyaya getdim, babamın gündəlik həyatını müşahidə etdim. Babam hər gün nə edir, hansı işlə məşğul olur?”, deyən M.Cribbs bunları açıqlayıb: Hər gün sübh tezdən qalxır, səhər gəzintisinə çıxır. Gəzinti səhər saat 5-də başlayır və 30 dəqiqə və ya 1 saat çəkir. Gəzinti sayəsində babam hər gün 7 min addım atır. Hər səhər idmanla məşğul olur, fiziki hərəkətlər edir. 95 yaşlı adam ağır qantellər qaldırır, müvazinətini test edən hərəkətlər edir. Bu zaman bədənini zora salmır, fasilələrlə, yavaş hərəkət edir. Fiziki hərəkətləri tez-tez dəyişdirir. Səhər gəzintisi və idman başa çatdıqdan sonra mütləq doğmaları ilə, qohumlarla, dost-tanışla hal-əhval tutur, söhbət edir. Gah telefon vasitəsilə, gah da kompüterdə - internet vasitəsilə. Sosial bağların qopmamasına diqqət edir. Çünki yalnızlıq insanı tez qocaldan amildir. Hər gün bir neçə dəqiqəlik olsa da, düşüncə və fikirlərini yazır və şəxsi bloqunda paylaşır. Hər gün rəsm çəkməyə vaxt ayırır. 95 yaşlı babanın hobbiləri də tez-tez dəyişir. Pandemiya dövründə baba çiçəklərə və bitkilərə meyl etmişdi. İndi isə nəfəsli alətlərdə çalmağa başlayıb. Əhvalını yüksəldən işlərlə məşğul olmaq daha aktiv həyat tərzi keçirməsinə səbəb olur. Gecə yuxusunun normal olmasına diqqət edir, üstəlik, gün ərzində fasilələrlə yatır ki, bədəni dincəlsin. Baba yapon milli yeməklərini xoşlayır. Qırmızı ət də yeyir, tərəvəz, balıq məhsulları da. Yeməklər yaxşı həzm olunsun, orqanizm sakitləşsin deyə yeməkdən sonra isti çay içir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya
“Axios”: ABŞ və İran arasında saziş mayın 24-də açıqlana bilər
07:45 24.05.2026
Gündəm