ABŞ dünən 101 haitilini ölkədən deportasiya edərək Haitiyə göndərib. Deportasiya edilənlər arasında Haitinin Vətəndaşların Müdafiəsi Ofisinin keçmiş rəhbəri Renan Hedouville də olub.
Sherg.az xəbər verir ki, məlumata görə, deportasiya reysləri artıq üç həftədir ardıcıl həyata keçirilir və uçuşların tezliyi aylıqdan həftəliyə yüksəlib.
ABŞ-də müvəqqəti qorunma statusu (TPS) başa çatan 300 mindən çox haitilinin də deportasiya əməliyyatları ilə üzləşə biləcəyi bildirilir.