ABŞ anladı: “İsrailə qarşı koalisiya yaranacaq” - Proseslər səngiyir!
Banuçiçək Kalbalıyeva
14:19 19.05.2021
Dünya
788
“Bu birliyə qardaş Türkiyə başçılıq edəcək”
“Belə ssenari rəsmi Vaşinqton ABŞ-ın regionla bağlı geosiyasi maraqlarına uyğun deyil”
"Xüsusilə, ABŞ prezidenti ilə İsrail baş naziri arasında müzakirədən sonra hərbi əməliyyatların yaxın zamanda dayandırılması ehtimalı bir az da artıb”
İsrail və Fələstin arasındakı müharibə artıq təxminən on gündür ki, davam edir. Ölənlərin sayı günü-gündən artır. Ziddiyyətləşən proseslər isə qlobal xarakter daşıyır və dünya üçün yaxşı nə isə vəd etmir. Bir çoxlarının fikrincə, ən qısa zamanda tərəflər arasında atəşkəs əldə olunmasa, digər ölkələr də hərbi əməliyyatlara qoşulacaq.
Politoloq Natiq Miri isə düşünür ki, tədricən “sular durulacaq”. O, hadisələrin inkişafı barədə proqnozlarını “Sherg.az”la bölüşdü:
“Böyük müharibənin olacağını fikirləşmirəm. Çünki ABŞ artıq çəkisini ortaya qoyub. Rəsmi Vaşinqton anlayır ki, proseslər belə davam etsə, İsrailə qarşı koalisiya yaranacaq. Və bu birliyə qardaş Türkiyə başçılıq edəcək. Belə ssenari ABŞ-ın regionla bağlı geosiyasi maraqlarına uyğun deyil. Xüsusilə, ABŞ prezidenti ilə İsrail baş naziri arasında müzakirədən sonra hərbi əməliyyatların yaxın zamanda dayandırılması ehtimalı bir az da artıb. Fikrimcə, proseslər yavaş-yavaş səngiyəcək”.
N.Miri, həmçinin rəsmi Bakının baş verənlərə münasibətindən də danışdı:
“İsraillə Fələstin arasında konflikt 70 ildən çoxdur ki, davam edir. 1948-ci ildə xüsusilə Böyük Britaniyanın dəstəyi ilə İsrail bir dövlət kimi təşəkkül tapandan sonra Fələstinin 75 faizini işğal etdi. Bu, təkzibedilməz faktdır.
Lakin Fələstinin qlobal səviyyədə müstəqil subyekt kimi tanınmaması İsrailin əlində ona qarşı tutarlı geosiyasi alətdir. Təəssüf ki, İsrail Fələstin ərazisini işğal etməklə yerli əhalinin yaşamaq hüququnu tanımır. Və bu proses hələ də davam edir.
Eyni zamanda Azərbaycanın özünün də separatizmlə bağlı problemi var. İkinci bir tərəfdən, biz Vətən savaşı dövründə İsrailin dəstəyini unutmamalıyıq. Fələstin rəhbərliyinin həmişə Ermənistanla isti münasibətdə olduğu da kimsəyə sirr deyil.
Rəsmi Bakı bütün bu məqamları nəzərə alaraq ehtiyatlı davranmalı, proseslərə həssas yanaşmalıdır. Elə etməliyik ki, nə strateji müttəfiqimiz İsraili incik salaq, nə də qardaş Türkiyənin siyasətinə zidd addım ataq.
Deməli, iki dövlət arasında seçim etmək doğru deyil. Xüsusilə, Azərbaycanın mövqeyinin təsiredici amil olmadığını nəzərə almaq lazımdır. Bizim seçimimiz nələrisə dəyişə bilsə, bəlkə də, konkret bəyanat səsləndirmək olardı. İndiki halda isə yox”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq
NASA-nın tonyarımlıq teleskopu yerə düşəcək
16:10 01.11.2026
Maraqlı
Britaniya hökuməti Breksit sazişini yeniləməyi planlaşdırır
15:55 01.11.2026
Gündəm
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
15:37 01.11.2026
Hadisə
Rusiyada məşhur qrupun vokalçısı öldü
15:22 01.11.2026
Şou
"Qalatasaray”ın vitse-prezidenti istefa verdi
15:08 01.11.2026
Futbol
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi