ABŞ hökuməti dünyadakı fəaliyyətini qismən azaltmaq məqsədilə xaricdəki 5 diplomatik idarəsini bağlamağa qərar verib.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, ABŞ Dövlət Departamenti bununla bağlı Konqresə xüsusi məktub göndərib.
ABŞ-nin Qrenadadakı səfirliyi, həmçinin Yaponiya, İndoneziya, Kanada və Kamerundakı konsulluq və digər nümayəndəlikləri fəaliyyətini dayandıracaq.