ABŞ BMT-də Ukrayna və Qərb ölkələrinin anti-Rusiya bəyanatına qoşulmayıb

ABŞ BMT-də Ukrayna və Qərb ölkələrinin anti-Rusiya bəyanatına qoşulmayıb.

TASS-ın məlumatına görə, Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andrey Melnik təşkilatın mənzil-qərargahında birgə bəyanatı səsləndirib.

Onun sözlərinə görə, bəyanata Macarıstan və Slovakiya da daxil olmaqla 47 ölkə, eləcə də Avropa İttifaqı qoşulub.