ABŞ-da atışma nəticəsində 5 nəfər öldü

ABŞ-nin Corciya ştatındakı Duqlas şəhərində yaşayış evində 5 nəfər güllələnib.

Milli.Az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə şəhərin polis idarəsi məlumat verib.

Polisin məlumatına görə, oktyabrın 9-u axşam saatlarında əməkdaşlar atışma barədə məlumat aldıqdan sonra hadisə yerinə gedib və odlu silahdan öldürülmüş 5 nəfər aşkar ediblər.

Araşdırmalar davam edir.