ABŞ-də F-35B döyüş təyyarəsi qəzaya uğrayıb

ABŞ Dəniz Piyada Qüvvələrinə məxsus F-35B Lightning II tipli döyüş təyyarəsi Kaliforniya ştatındakı Miramar Hərbi Hava Bazası yaxınlığında qəzaya uğrayıb.

Sherg.az xarici KİV-ə istinadən xəbər verir ki, təyyarə eniş zamanı yerə çırpılıb və alovlanıb. Pilot katapult sistemi ilə xilas olub və müalicə üçün xəstəxanaya aparılıb.

Qəzanın səbəbi hələ müəyyən edilməyib. Hadisə ilə bağlı hərbi qurumlar araşdırmaya başlayıb.