ABŞ ən vacib məsələni gündəmə gətirəcək
Turan
04:32 01.06.2021
Dünya
613
Baydenlə Putin arasında fikir ayrılıqları çoxdur
"Bunun bir görüşlə həll ediləcəyi ehtimalı olduqca azdır"
İyunun 16-da Cenevrədə ABŞ və Rusiya prezidentlərinin görüşü keçiriləcək. Dövlət başçılarının strateji sabitlik, pandemiya ilə mübarizə, beynəlxalq çağırış və regional münaqişələri müzakirə edəcəkləri gözlənilir. Prezident Cozef Bayden rusiyalı həmkarı Vladimir Putinlə görüşündə Rusiyada insan hüquqlarına riayət olunması mövzusunu qaldırmaq niyyətində olduğunu deyib. ABŞ rəhbəri bildirib ki, o, Putinə insan hüquqlarını pozmasına imkan verəcək mövqedə dayanmayacağını anladacaq. Amerika və Rusiya prezidentlərinin görüşünə diqqət böyükdür.
Politoloq Azər Rəşidoğlu “Şərq”ə açıqlamasında iki super gücün müzakirə edəcəyi məsələlərin çox olduğunu deyib. Analitikin fikrincə, görüş zamanı Suriya böhranı, Ukrayna və Belarusla bağlı məsələlər müzakirə edilə bilər:
“Görüş Azərbaycan üçün də önəmlidir. ABŞ Prezidenti Co Baydenin qondarma “erməni soyqırımı”nı tanıması Türkiyə və Azərbaycanda mənfi qarşılandı. Digər tərəfdən, Baydenin “Azadlığa dəstək aktı”na 907-cü düzəlişin dayandırılması müddətini uzatması, bu barədə dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə şəxsən telefonla məlumat verməsi Amerika tərəfinin Bakı ilə münasibətlər qurmaq niyyətindən xəbər verir. Mövcud regional reallıqlar kontekstində Azərbaycanın potensial orta xətt dəhlizinin, Şərqlə Qərbi, Yaxın Şərqlə Şimali Afrikanı birləşdirən kommunikasiya xətlərinin ən strateji nöqtəsində yerləşməsi ölkəmizi bu görüşün keçirilməsi üçün cazibədar etməkdədir. Ehtimal etmək olar ki, Putin və Bayden arasındakı görüş iki ölkə arasındakı münasibətləri müsbətə doğru dəyişəcək”.
Siyasi şərhçi bəyan edib ki, proqnozlara görə, Putin Çinlə münasibətlər məsələsində vaxtı uzatmağa çalışacaq:
"Bu, məsələnin müzakirəsini növbəti mərhələyə saxlayacaq. ABŞ üçün bir neçə vacib məsələdə Rusiya ilə konkret razılığa gəlmək çox vacibdir. Yaxın Şərq, Cənubi Qafqaz, Ukrayna məsələsinin müzakirəsində qərar qəbul edilməsi növbəti mərhələlərə saxlanıla bilər. Rusiya daha çox Belarusun avtoritar hakimiyyətini qorumağa çalışır. ABŞ isə rəsmi Minskə qarşı sərt mövqe nümayiş etdirir. Vaşinqton Azərbaycan-Ermənistan konfliktinin nizamlanmasında Rusiya və Türkiyənin həlledici mövqeyi ilə də razılaşmır. Ermənistan seçkiyə hazırlaşır və bu seçki İrəvanın gələcək diplomatiyasına birbaşa təsir edəcək. Bu baxımdan, ABŞ hansısa formada rusları Ermənistandan kənarlaşdırmaq istəyir və iki liderin görüşü zamanı bu məsələnin də müzakirə ediləcəyi istisna deyil. Bayden və Putin arasında fikir ayrılıqları çoxdur və bunun bir görüşlə həll ediləcəyi ehtimalı olduqca azdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kipr sahillərində gəmi qəzasına görə 3 azərbaycanlı saxlanılıb
17:03 03.09.2026
Hadisə
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
16:50 03.09.2026
Ölkə
Seneqallı nazir DOST Mərkəzi ilə tanış olub
16:39 03.09.2026
Sosial
Atımı satıb Bakıya, Qurultaya gəldim - Tatar kəndlisi nə danışırdı?
16:37 03.09.2026
Tarix
Ukrayna Soçi limanında Rusiya gəmisini vurdu
16:35 03.09.2026
Dünya
Şagirdlərin yerdəyişməsi dayandırılır
16:12 03.09.2026
Elm və Təhsil
Himayədar ailə modelinin tətbiqi prosesi daha da sadələşdirildi
15:43 03.09.2026
Cəmiyyət
Paşinyandan Zaxarovaya cavab: Bunu haradan çıxardılar?
15:35 03.09.2026
Dünya
İranın danışıqlara qayıtması üçün ABŞ-yə dörd şərti var
15:14 03.09.2026
Gündəm
Rayonlarda kommunal xidmətlər ucuzlaşa bilərmi? - VACİB AÇIQLAMA
14:41 03.09.2026
Sosial
Paşinyan: Kərkidə ermənilər yaşasa da Ermənistan ərazisi deyil
14:05 03.09.2026
Gündəm