ABŞ Gürcüstana missiya göndərir - Səbəb

Aprel ayında ABŞ-dan bir qrup Gürcüstanda gedən prosesləri öyrənmək üçün Tiflisə səfər edəcək.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Avropa İnteqrasiyası Komitəsinin sədri Levan Maxaşvili məlumat verib.

“Amerika tərəfi Gürcüstanda gedən prosesləri daha dərindən öyrənmək niyyətindədir. Bu məqsədlə aprel ayında Gürcüstanda gedən prosesləri daha dərindən araşdırmaq və ümumi maraqları müəyyən etmək üçün ayrıca bir qrup göndərmək niyyətindədirlər. İctimaiyyət görür ki, hər səfər və görüşlə biz münasibətləri tədricən sıfırdan, konkret bir gündəmlə bərpa etməyə çalışırıq. İctimaiyyətdə gizli bir gündəmin olub-olmaması ilə bağlı bəzi narahatlıqlar var idi, amma ictimaiyyəti əmin etmək istəyirəm ki, hər bir addımımız həmişə Gürcüstanın maraqları ilə diktə olunurdu”, - L.Maxaşvili qeyd edib.