ABŞ-ın ermənipərəst senatorunun həyat yoldaşının törətdiyi cinayətin təfərrüatları məlum olub
17:20 04.10.2023
Dünya
337
Ermənipərəst senator Robert Menendesin həyat yoldaşı Nadin Arslanyan piyadanı vuraraq öldürüb, lakin cinayət təqibindən yayınıb.
“Report”un “The New York Times”a istinadən verdiyi xəbərə görə, ölümlə nəticələnən qəza 2018-ci ilin dekabrında Nyu-Cersi ştatının Boqota şəhərində baş verib, lakin medianın diqqətini cəlb etməyib və heç bir ittiham irəli sürülməyib.
Avtomobili senator Robert Menendesin gələcək həyat yoldaşı Nadin Arslanyan idarə edirdi.
Daha sonra o, polisə yola çıxan şəxsi görmədiyini bildirib. Qəza nəticəsində 49 yaşlı Riçard Koop dünyasını dəyişib. Berqen Dairəsinin Tibbi Ekspertizasına görə, onun cəsədi yolun kənarında tapılıb və tanınmaz halda olub.
Qısa sorğu-sualdan sonra polis maşında tək olan Nadin Arslanyanın (Menendes) “günahsız” olduğu qənaətinə gəlib. Ona qarşı heç bir ittiham irəli sürülmədən buraxılıb.
“Həmin axşam baş verənlər barədə uzun illər ərzində xəbər verilməyib, bu da öz növbəsində şahidlər və R.Koopun ailəsi tərəfindən ölümcül hadisənin qəsdən gizlədildiyi barədə şübhə yaradıb. Ancaq indi təxminən beş il sonra epizod Amerika siyasətini sarsıdan qalmaqala yeni bir ölçü əlavə edir. Və bu qalmaqalın mərkəzində olan senatorla bağlı yeni suallar doğurur”, - məqalədə vurğulanıb.
Vurğulanıb ki, bəzi faktlar bu cinayətin polis tərəfindən ört-basdır edildiyini deməyə əsas verir. Belə ki, polisin verdiyi məlumata görə, Nadin Arslanyan qəzadan sonra narkotik və ya spirtli içki qəbul etməsi ilə bağlı yoxlanılmayıb və R.Koopun yaxınlıqdakı xəstəxanada öldüyü elan edilməzdən bir müddət əvvəl ona hadisə yerini tərk etməyə icazə verilib.
Qeyd edək ki, ABŞ Konqresindəki ermənipərəst senator Bob Menendez qızıl külçələr şəklində rüşvət aldığı iddia edilir və hazırda federal prokurorlar tərəfindən istintaq altındadır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan CNN-ə qarşı ABŞ məhkəməsində iddia qaldırdı
18:18 18.08.2026
Media
Bakıda ticarət mərkəzində yanğın - FOTO
18:16 18.08.2026
Hadisə
İsrail rəsmisi: Şaraa Bəşər Əsəd kimi davrana bilməyəcəyini bilir
18:00 18.08.2026
Dünya
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığını bildirib
17:59 18.08.2026
Gündəm
Tramp: İranla danışıqlar aparmaq niyyətində deyilik
17:42 18.08.2026
Gündəm
Ukraynanın mümkün yeni müdafiə nazirinin adı açıqlandı
17:39 18.08.2026
Dünya
Danimarka ilk dəfə Qrenlandiyaya hərbi qüvvə göndərdi
17:31 18.08.2026
Dünya
Sibiqa: Rusiya Ukraynaya 600 milyard dollardan çox ziyan vurub
16:42 18.08.2026
Dünya
İran Trampın Hörmüzlə bağlı yeni iddiasına reaksiya verdi
15:53 18.08.2026
Gündəm
Tramp Hörmüz boğazını “ABŞ ərazisi” elan etdi - FOTO
15:38 18.08.2026
Gündəm
İrəvanda “Tramp marşrutu”nun icrası ilə bağlı müzakirə aparıldı
15:26 18.08.2026
Gündəm
Azərbaycanda avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb
14:57 18.08.2026
Sosial
4 minədək uşağa sosial xidmət və reabilitasiya dəstəyi göstərilir
14:25 18.08.2026
Sosial