ABŞ-ın Mərkəzi Asiya ölkələrinə marağı artıb
Yusif Nəzərli
08:12 15.11.2022
Dünya
453
Vaşinqton çətin vəziyyətdə olan ölkələrə hətta kömək də vəd edir
Amerika Birləşmiş Ştatlarının Mərkəzi Asiya ölkələrinə marağı artıb. Dövlət katibinin köməkçisi Donald Lunun noyabrın 11-də Türkmənistana, Özbəkistana və Qazaxıstana səfəri bu maraqdan irəli gəlir. Donald Lu deyib ki, Rusiyaya qarşı sanksiyaların Türkmənistana təsir etməməsi üçün Vaşinqton Aşqabada kömək edəcək.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Vaşinqtonun kömək vədinin yerinə yetirilməsi Mərkəzi Asiya ölkələri üçün əhəmiyyətlidir. Analitik düşünür ki, Qərbin Ukrayna müharibəsinə görə Rusiyaya qarşı sərt sanksiyalarının Mərkəzi Asiya ölkələrinə də mənfi təsirləri var: "Qazaxıstan bu təsirləri minimuma endirməyə çalışır. Məsələn, Rusiyanın Qazaxıstandakı “Sberbank” və “Alfabank”ı yerli sahibkarlara satıldı. Vaşinqton bu sövdələşməni təqdir edib. Vaşinqton hesab edir ki, Türkmənistan zərərlə üzləşməyəcək. Önəmli olan Türkmənistanın Rusiya ilə bank əməliyyatlarını minimuma endirməkdir. ABŞ Türkmənistana Rusiyadan bank asılılığını azaltmaq 7 milyon dollar ayırıb.
Donald Lu mətbuat konfransında deyib ki, Vaşinqtonun məqsədi Mərkəzi Asiya ölkələrini Rusiya ilə münasibətlərdən tamamən qoparmaq deyil: “Rusiyanın bölgə ölkələri ilə ənənəvi əlaqələri mövcuddur. Buna baxmayaraq, bölgə ölkələri Rusiyadan asılı olmamalıdırlar”.
E.Şahinoğlu vurğulayıb ki, Donald Lunun Mərkəzi Asiya ölkələrinə səfəri zamanı verdiyi açıqlamalar Moskva ilə yanaşı Pekini də narahat edir:
"Rusiya ilə yanaşı Mərkəzi Asiya ölkələrinə ən çox yatırım qoyan ölkə Çindir. Pekin Mərkəzi Asiya ölkələri ilə əlaqələri xarici siyasətinin əsas istiqamətlərindən biri sayır. Pekin şübhələnir ki, Vaşinqton Mərkəzi Asiya ölkələrinin Çindən asılılığını azaltmaq istəyir. Ancaq bu, Vaşinqtonun imkanı xaricindədir. Çünki Çinin Mərkəzi Asiya ölkələrindən milyardlarla dollar yatırımı ilə yanaşı icra etdiyi ortaq layihələri də var. Mərkəzi Asiya ölkələri bu layihələrdən imtina etməyəcəklər. Ancaq Mərkəzi Asiya ölkələrinin iqtisadi zəmində Çindən artan asılılığı Rusiyadan olan asılılıqdan daha təhlükəlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi