ABŞ-İran gərginliyi dağıdıcı müharibəyə gətirə bilər
Turan
09:17 04.07.2019
Dünya
1299
İran hökuməti zənginləşdirilmiş uran limitini nüvə sazişində müəyyən edilən 300 kq. həddinin üzərinə çıxaracağını açıqlayıb.
Beynəlxalq Atom Enerjisi Qurumunun sözçüsü Bəhruz Kamalıverdi deyib ki, ABŞ-a verilən 60 günlük müddət bitdiyi Tehran hökuməti zənginləşdirilmiş uranın miqdarını artırmaq qərarına gəlib. Amerika Prezidenti Donald Tramp rəsmi Tehranın qərarına sərt reaksiya verib. Ağ Ev rəhbəri bildirib ki, “İran odla oynayır”. İran Prezidenti Həsən Ruhani isə Amerikaya xitabən deyib ki, əsas odla oynayan Vaşinqtondur: “Odla oynamağın təhlükəli olduğunu deyirsinizsə, nə üçün özünüz regionda odla oynayırsız? ABŞ regionda 1 il əvvəl odla oynamağa başlayıb”.
Tərəflərin səngiməyən gərgin münasibətini “Şərq”ə təhlil edən Cənubi Qafqaz Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadənin fikrincə, ABŞ-İran gərginliyi Yaxın Şərqdə hər iki ölkənin maraqlarının toqquşmasının nəticəsidir. Ekspertin sözlərinə görə, indiki vaxtda heç bir tərəf güzəştə hazır görünmür:
“ABŞ-İran gərginliyi regionda təhlükəsizlik riskini artırmaqla yanaşı dağıdıcı müharibəyə gətirə bilər. İran ilk növbədə nüvə sazişinə əməl etməlidir. Yaxın Şərqdə vəkalət müharibəsindən çəkilib, sivil dünya ilə normal münasibətlər qurmalıdır. Digər ölkələri raket hücumu ilə hədələməməlidir. Hesab edirəm ki, ABŞ-İran müharibə ehtimalı kəskin müstəviyə keçməyəcək. Tərəflər yaxın perspektivdə üçüncü ölkənin iştirakı ilə müzakirələrə başlaya bilər”.
Politoloqun sözlərinə görə, müharibə baş verərsə, regionda yeni nizam formalaşacaq: “Müharibə regionu humanitar və hərbi fəlakətə düçar edəcək. Həmçinin, İsrail və Cənubi Qafqaz baxımından mənfi hadisələr meydana gələcək. Mütləq şəkildə İranın Amerika ilə danışıqlara getməsi lazımdır.
Əgər buna getməzsə, İran üçün iqtisadi və siyasi cəhətdən yaxşı nəticələr gözlənilmir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə