ABŞ İrana hərbi güc tətbiq edilməsi ehtimalını istisna etmir
Yusif Nəzərli
10:11 05.12.2022
Dünya
669
“Rəsmi Vaşinqtonun İranla nüvə proqramı ilə bağlı sazişin əldə edilməsində diplomatik yollara üstünlük verməsinə baxmayaraq, ABŞ bu ölkəyə qarşı hərbi güc tətbiq edə bilər”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Melli “La Repubblica” qəzetinə müsahibəsində deyib.
"Nə biz, nə də ABŞ Prezidenti Cozef Bayden bunu istəmirik. Amma bütün digər variantlar uğursuz olarsa, ən son seçim hərbi variant olacaq. Prezident açıq şəkildə bildirib ki, İranın nüvə silahına sahib olmasına icazə verilməyəcək", - o deyib.
Xatırladaq ki, daha əvvəl İranın Qum şəhəri yaxınlığında yerləşən Fordo nüvə obyektində uranı 60%-ə qədər zənginləşdirməyə start verdiyi barədə xəbərlər yayılıb.
Melli onu da vurğulayıb ki, üstünlük həmişə diplomatiyaya verilir, lakin İran həqiqətən sazişə qayıtmaq istəyini nümayiş etdirmir.
"Hazırda buraya daha iki və son dərəcə vacib amillər əlavə olunur. Bunlar İrana Rusiyanın hərbi yardım etməsi və ölkədə dinc etirazların yatırılmasıdır", - Melli bildirib.
Onun sözlərinə görə, ABŞ-ın rolu iranlıların hüquq və azadlıqlarını qorumaq məqsədilə İrana qarşı sanksiyalar tətbiq etməkdən ibarətdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual