ABŞ İrana məxsus 155-dən çox gəminin sıradan çıxarıldığını açıqlayıb

ABŞ İrana qarşı əməliyyat çərçivəsində onlarla gəminin sıradan çıxarıldığını açıqlayıb.

APA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Məlumata görə, aprelin 6-na olan vəziyyətə əsasən, İrana məxsus 155-dən çox gəmi məhv edilib və ya zədələnib.

Həmçinin “Epik Qəzəb” əməliyyatı çərçivəsində 13 mindən çox hədəfə zərbələr endirildiyi qeyd olunub.