ABŞ İranda toy mərasiminə endirilən zərbəni araşdırır

ABŞ İranda toy mərasiminin keçirildiyi evə endirilən zərbə ilə bağlı araşdırmaya başlayıb.

Sherg.az xəbər verir ki, bu barədə "Axios" və NBC News məlumat yayıb.

"Axios"un məlumatına görə, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) pilotsuz uçuş aparatlarından əldə olunan görüntüləri və hədəfin seçilməsi prosedurunu araşdırır. Eyni zamanda, ABŞ rəsmiləri bildirirlər ki, ABŞ Silahlı Qüvvələri həmin ərazidə yerləşən və həm mülki, həm də hərbi məqsədlər üçün istifadə olunan rabitə qülləsinə zərbə endirib.

Partlayış nəticəsində toy mərasiminin keçirildiyi evdə 5 nəfər həlak olub, daha 67 nəfər yaralanıb.

Bununla belə, ABŞ tərəfi hələlik zərbənin məhz onun qüvvələri tərəfindən endirildiyini və itkilərə səbəb olduğunu rəsmi şəkildə təsdiqləməyib. İran Silahlı Qüvvələri isə faciə yerində ABŞ raketlərinin qalıqlarını nümayiş etdirib.