ABŞ İranın Kəşm adasındakı hərbi obyektə zərbə endirdiyini açıqlayıb

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın Yaxın Şərqdə həyata keçirdiyi iddia olunan hücumlara cavab olaraq Kəşm adası üzərində yerləşən hərbi yerüstü idarəetmə məntəqəsinə zərbə endirdiyini bildirib.

Sherg.az xəbər verir ki, CENTCOM-un məlumatına görə, ABŞ qüvvələri iyunun 2-də İran tərəfindən buraxıldığı iddia edilən beş ballistik raketi və üç pilotsuz uçuş aparatını zərərsizləşdirib. Bildirilib ki, raketlərin heç biri hədəfə çatmayıb.

ABŞ tərəfi hadisəni özünümüdafiə tədbiri kimi qiymətləndirərək, hücumlara cavab olaraq Kəşm adasındakı hərbi idarəetmə obyektini də vurduğunu bəyan edib. İran tərəfi isə hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.