ABŞ: İranın nüvə proqramından imtina etməsi danışıqların əsas şərtidir

ABŞ vasitəçilərə İranın nüvə proqramından imtina etməsinin istənilən danışıqların əsas şərti olacağını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə “Al-Arabiya” telekanalı mənbələrə istinadla məlumat yayıb.

Qeyd olunub ki, vasitəçilər İranla nüvə obyektlərinə beynəlxalq müfəttişlərin buraxılması müqabilində ölkənin dondurulmuş aktivlərinin bir hissəsinin sərbəst buraxılması məsələsini də müzakirə edirlər.