ABŞ NATO ölkələrindəki hərbi mövcudluğuna düzəlişlər edəcək

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton NATO ölkələrindəki hərbi mövcudluğuna müəyyən düzəlişlər edəcək.

APA xəbər verir ki, Rubio bu barədə NATO ölkələrinin XİN rəhbərlərinin görüşü çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

“Avropadakı Amerika qoşunlarının mövcudluğu korrektə olunacaq. Demirəm ki, müttəfiqlər bundan məmnun qalacaq, amma onlar bu barədə məlumatlıdırlar”, – deyə Rubio bildirib.