ABŞ-nin vitse-prezidenti İranın yaydığı məlumatı təkzib etdi

“İran nümayəndə heyəti bunu etməklə hədələsə də, İsveçrənin Bürgenştok şəhərində ABŞ ilə keçirilən danışıqlar başa çatana qədər görüş yerini tərk etməyib”.

Teleqraf xəbər verir ki, bunu ABŞ nümayəndə heyətinin rəhbəri və vitse-prezident Ceyms Devid Vens deyib.

“Xeyr, onlar heç bir planı pozmayıblar. İranlılara gəlincə, bəli, gedəcəkləri ilə hədələyirdilər və ya ən azı sosial şəbəkələrdə belə hədələr səsləndirilirdi. Amma danışıqlar dünən gecə saat 01:00-a qədər davam etdi. Buna görə də heç yerə getməyiblər. Texniki komandası hələ də Bürgenştokdadır, hazırda bizim texniki komandamızla işləyir.

İranlılara dedik: “Qulaq asın, əgər üstümüzə gələcəksinizsə, onda Prezident Trampdan bunu cavabsız qoymayacağını və vəziyyəti düzəldəcəyini gözləməyin”. Reallığa uyğun gəlməyən məlumatlar yaysalar, Prezident buna cavab verəcək. Mən də cavab verəcəm, amerikalılar da.

Bəli, müəyyən təhdidlər vardı, amma nəticədə danışıqlar davam etdi və əhəmiyyətli irəliləyiş əldə etdik”, - vitse-prezident mətbuat konfransında vurğulayıb.