
ABŞ ordusu müharibəyə qoşulur: Dünya qarışacaq
11:15 14.06.2024
Dünya
560
Oktyabr ayından bəri İsrailə qarşı irili-xırdalı hücumlar həyata keçirən Hizbullahın son günlərdə ən önəmli komandirləri həyatını itirdi, onların arasında Hizbullah lideri Həsən Nəsrullahın yardımçılarının olduğu da bildirilir.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, türkcə “Allahın partiyası” mənasını verən “Hizbullah” illərdir İsraillə mübarizə aparır. Oktyabrın 7-dən Livan-İsrail sərhədində gərginlik yüksəkdir. Hizbullah dünən koordinasiyalı hücumda İsrailin 9 hərbi obyektini hədəf aldığını açıqlayıb. İsrail mediasının məlumatına görə, ən azı 100 raket və 30 pilotsuz təyyarə ilə həyata keçirilən hücum Hizbullahın indiyədək keçirdiyi ən böyük hücum olub.

"Jerusalem Post" qəzetindəki xəbərdə Hizbullah lideri Həsən Nəsrullahın son itkilərdən panikaya düşdüyü və İsrail ordusundan qorxmağa başladığı bildirilib. Qəzetin iddiasına görə, Nəsrullah indi İsrail ordusunun onu hər an öldürə biləcəyi faktı ilə üzləşib, lakin onun hələlik geri çəkilmək fikri yoxdur. Çünki Nəsrullah intihar edəcək və ya qaçacaq bir lider kimi deyil, növbəsi çatarsa, təxminən 300 minlik ordusu ilə döyüşə getməyə hazır olan biri kimi görünür.
Əslində, son günlər Hizbullahın hücumlarını artırmasının əsas səbəbinin Nəsrullahın cavab vermək istəyi olduğu təxmin edilir. İsrailli ekspertlərin fikrincə, Hizbullah oktyabr ayından genişmiqyaslı müharibəyə hazırdır, lakin onlar genişmiqyaslı müharibə əvəzinə İsrail vətəndaşlarını hədəfə alaraq psixoloji gərginlik yaratmağa üstünlük verirlər. Digər tərəfdən, Hizbullahın mümkün hərtərəfli hücumu halında, ABŞ ordusu Yaxın Şərqdəki müharibəyə rəsmən cəlb olunacaq, çünki İsrailin bölgədəki yeganə dəstəkçisi hələlik Vaşinqton olaraq görünür, zatən ABŞ qanadı da bunun qarşısını almaq üçün Beyrut-Tehran-Təl-Əviv arasında tez-tez görüşlər keçirir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq