ABŞ Senatı İranla münaqişədən ABŞ qoşunlarının çıxarılması ilə bağlı qətnaməni rədd edib.
Teleqraf xəbər verir ki, "NBC News"un məlumatına görə, ABŞ Senatı cümə axşamı günü prezident Donald Trampdan ABŞ qüvvələrinin İrana qarşı döyüş əməliyyatlarında iştirakdan geri çəkməsini tələb edən "müharibə səlahiyyətləri qətnaməsini" cüzi səslə rədd edib.
Qətnamədə Konqres tərəfindən müharibə elan edilmədiyi və ya hərbi güc tətbiq etmək üçün xüsusi icazə verilmədiyi təqdirdə, əməliyyatlar dayandırılması nəzərdə tutulub.
Təşəbbüs 49 səs lehinə və 50 səs əleyhinə olmaqla rədd edilib.