ABŞ senatoru Mark Kelli Vaşinqton administrasiyasının İranla bağlı siyasətini ardıcıl olmadığını bildirib.
Teleqraf xəbər verir ki, bu barədə Arizona ştatını təmsil edən demokrat senator Mark Kelli CBS telekanalına müsahibəsində Prezident Donald Trampın İranla bağlı siyasətini tənqid edib.
O bildirib ki, Tramp bu münaqişə ilə bağlı ardıcıl mövqe sərgiləmir:
"Prezident bir şey deyir, başqa cür hərəkət edir. Bu isə gərginliyin daha da artmasına gətirib çıxarır".
Senatorun fikrincə, əgər Trampın ABŞ-nin İrana qarşı hərbi əməliyyata başlamaması üçün keçmişə qayıtmaq imkanı olsaydı, o, bundan istifadə edərdi.
Mark Kelli əlavə edib ki, ABŞ bu münaqişəyə aydın strategiya, plan və konkret vaxt çərçivəsi olmadan cəlb edilib. Onun sözlərinə görə, nəticədə ABŞ ordusunda sursat ehtiyatları azalıb, ölkə daxilində isə qiymətlər kəskin yüksəlib.
Senator həmçinin müdafiə naziri Pit Heqseti də tənqid edərək bildirib ki, onun yanaşması mümkün qədər çox hədəfə mümkün qədər çox sursat atmaqdan ibarət olub və bu da mövcud çatışmazlığı daha da dərinləşdirib.