ABŞ şərait yaratdı
08:05 10.07.2021
Dünya
539
"Taliban" gec-tez qonşu ölkələrə də hücumlar edəcək
Qərb ölkələrinin istəyi budur ki, ilk növbədə zərbə Rusiyaya dəysin
Əfqanıstanda gərgin vəziyyət davam edir. "Taliban" artıq İranla sərhəd ərazilərdən birini nəzarətə götürüb. "France-Press" agentliyinin yaydığı məlumata görə, silahlılar Əfqanıstan-İran sərhədindəki əsas sərhəd keçid məntəqəsini ələ keçirib. "Taliban" nümayəndələri iddia edirlər ki, artıq sərhəddə olan İslam-Kala yaşayış məntəqəsi tamamilə onların nəzarətinə keçib. "Taliban"ın sözçüsü isə "RİA Novosti"yə verdiyi açıqlamasında qonşu ölkələri sərhəd təhlükəsizliyindən narahat olmamağa çağırıb.
Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəisi, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli "Şərq"ə açıqlamasında Əfqanıstanda davam edən gərgin vəziyyətdən danışıb:
"Taliban"ın qayıdıb təzədən revanş olaraq hakimiyyəti ələ keçirməsi hansı siyasətin nəticəsidir? Bu son 20 ildə edilən yanlışların, yəni Amerikanın girib orada strateji olaraq digər ölkələrə təsirinin nəticəsidir. Əfqanıstanda, ümumiyyətlə bəlanın əksik olmamasının səbəbi onun strateji mövqeyinə görədir. Çünki onun Çinə, Rusiyaya, İrana, Hindistana yaxınlığı var. Həmçinin, dünyanın əsas ticarət yolları məhz buradan keçir. Qeyd edim ki, qeyri-qanuni ticarətə aid hesab edilən narkoticarətin əsas yollarının bu bölgədən keçməsi də böyük problemdir. Çünki hər kəs ona nəzarət etməyə və gəlib həmin bölgədə də söz sahibi olmağa çalışır. Burda ən böyük söz sahibi şübhəsiz ki, "Taliban" idi. Bu radikal dini qruplar müxtəlif şəbəkələr tərəfindən dəstəklənir və silahlandırılır. İndi "Taliban"ın bütövlükdə ölkəni ələ keçirməsi nədən xəbər verir? Hesab edirəm ki, gec-tez onların ətraf bölgələrə, ölkələrə hücum məsələsi də gündəmə gələcək. Çünki onlar həm də din ixracı ilə məşğuldurlar".
Ə.Əlibəyli əlavə edib ki, Azərbaycanla yanaşı Türkiyənin artıq həmin bölgədə söz sahibi olması məsələsi gündəmə gəlib:
"Bu, Türkiyənin beynəlxalq münasibətlərdə bundan sonrakı oynadığı rolu daha da qabartması və daha da vacib rol oynaması anlamına gəlir. Məsələ odur ki, heç kim təminat vermir ki, o, qonşu ölkələrə hücum eləməyəcək. Birincisi, Özbəkistanda, Orta Asiyanın müxtəlif ölkələrində, Tacikistanda, o cümlədən Qırğızıstanda demək olar ki, taliblərin çox geniş şəkildə əlaqələri var. Onlara qoşulanların sayı da artmaqdadır. Ona görə də hesab edirəm ki, birinci növbədə bu, Qərb ölkələrinin istəyidir ki, "Taliban" bir çox ölkələrə nəzarət eləsin və ilk növbədə zərbəni Rusiyaya vursun. Əsl mahiyyət də bundan ibarətdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya
"Space" TV-nin yeni rəhbəri: Hədəfimiz böyükdür
21:30 04.05.2026
Gündəm
Şəhidin "Vətən uğrunda" medalı İmişlidə ailəsinə təqdim edilib
21:27 04.05.2026
Cəmiyyət