ABŞ hökuməti NATO ölkələrinin və özünün Ukraynaya silah almaq üçün ayırdığı 9 milyard dollardan çox pulu hələ də istifadə etməyib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi və Dövlət Departamentinin birgə hesabatında bildirilir.
Qeyd edilib ki, Avropa ölkələri Ukraynaya Amerika silahı almaq üçün Vaşinqtona 4,15 milyard dollar pul verib, lakin ABŞ hökuməti hələ də heç bir silah zavodu ilə müqavilə bağlamayıb.
Eyni zamanda, ABŞ-nin öz hərbi anbarlarından Ukraynaya yardım üçün ayırdığı 4,96 milyard dollar pul da xərclənməyib toxunulmaz qalıb.