ABŞ və İsrail İranın dəmir yolu şəbəkəsini məhv edir - YENİLƏNDİ

İranın Qəzvin şəhərində dəmir yolu xətti ABŞ və İsrail tərəfindən hücuma məruz qalıb.

Teleqraf xəbər verir ki, bu barədə “Etemad Online” məlumat yayıb.

***

15:02

İranın Kaşan şəhərində dəmir Yehiabad dəmir yolu körpüsü ABŞ və İsrail Hərbi Hava Qüvvələrinin hücumuna məruz qalıb.

Teleqraf xəbər verir ki, bu barədə İranın İsfahan vilayətinin administrasiyası məlumat yayıb.

Hava zərbələri nəticəsində iki nəfərin həlak olduğu bildirilib.

Təbriz, Kərəc və Zəncan şəhərlərində də dəmir və avtomobil yolları körpülərinin hədəfə alındığı barədə məlumat verilib.