ABŞ Venesueladan zənginləşdirilmiş uran ehtiyatlarının çıxarılması əməliyyatını yekunlaşdırıb. Həmin materiallar Cənubi Karolina ştatındakı Savanna-River obyektində utilizasiya ediləcək.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytında məlumat yayılıb.
"ABŞ Venesuela və Böyük Britaniya ilə tərəfdaşlıq çərçivəsində, həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) texniki dəstəyi ilə fəaliyyəti dayandırılmış Venesuela tədqiqat reaktorundan artıq qalan zənginləşdirilmiş uranı uğurla çıxarıb. Material Böyük Britaniya tərəfindən daşınaraq Cənubi Karolinanın Eyken şəhərindəki Savanna-River poliqonuna təhlükəsiz şəkildə çatdırılıb", - deyə məlumatda qeyd olunub.
Bildirilir ki, BAEA-nın nəzarəti altında ölkədən çıxarılan bu materiallar 1960-cı illərdə nüvə energetikasının inkişafı məqsədilə Venesuelaya verilmişdi.