Ağ Ev: Hindistan danışıqlardan sonra Rusiyadan neft alışını yarıya endirdi

Hindistan ABŞ ilə məhsuldar müzakirələrdən sonra Rusiya neftinin idxalını 50% azaldıb.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Ev sözçüsü "Reuters"ə bildirib.

Oktyabrın 15-də ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Baş nazir Narendra Modi onu Hindistanın Rusiyadan neft almasını dayandıracağına inandırıb. Amerika lideri N.Modiyə Hindistanın Rusiyadan neft almasından xoşlanmadığını deyib. Tramp Çini Rusiyadan neft idxalını dayandırmağa məcbur etmək istədiyini də bəyan edib.