ABŞ-nin İrana qarşı hərbi əməliyyatının ümumi dəyəri təxminən 30 milyard dollar təşkil edib.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin İdarəetmə və Büdcə Ofisinin direktoru Rassel Vout məlumat verib.
“Təxminən 30 milyard dollar xərcləmişik”, - o, Nümayəndələr Palatasının Büdcə Təsisatları Komitəsinin dinləmələrində bildirib.
Dinləmələr zamanı senatorlar ondan hərbi xərclərin 100 milyard dolları keçdiyini göstərən məlumatlarla bağlı şərh verməsini istəyiblər.
“Mən sadəcə olaraq, Müharibə Departamentindən (Pentaqon) eşitdiklərimi və bizə təqdim etdikləri təhlili sizə çatdırıram”, - Vout ətraflı məlumat vermədən qeyd edib.