İngiltərə Baş naziri Keir Starmer 7 mayda keçirilən yerli seçkilərdə İşçi Partiyasının ağır məğlubiyyətindən sonra istefa verməyəcəyini bir daha açıqlayıb.
Sherg.az xəbər verir ki, London’da çıxış edən Starmer, nəticələrin “çox ağır” olduğunu etiraf etsə də, məsuliyyəti üzərinə götürdüyünü və vəd etdiyi dəyişiklikləri həyata keçirməkdə davam edəcəyini bildirib. O, istefanın ölkəni qeyri-sabitliyə sürükləyəcəyini bildirib.
O, çıxışında belə deyib:
“Seçki nəticələri çox ağır idi. Çox yaxşı nümayəndələrimizi itirdik. Bu ağrıdır və ağrılı olmalıdır.”
Starmer vurğulayıb ki, məsuliyyət onun üzərindədir, lakin ölkədə sabitliyi qorumağın vacibliyini də qeyd edib:
“Yalnız məsuliyyət almıram, vəd etdiyimiz dəyişimi həyata keçirmək məsuliyyətini də daşıyıram. Eyni zamanda, istefa verərək ölkəni xaosa sürükləməmək məsuliyyətini də daşıyıram.”
Baş nazir bildirib ki, ölkədəki vəziyyət seçicilərdə məyusluq yaradıb və o da bəzi insanları məyus etdiyini qəbul edir.