Almaniya və Polşa müdafiə sazişi imzalayacaq

Polşa və Almaniya iyunun 17-də müdafiə sahəsində ikitərəfli saziş imzalayacaq.

APA xəbər verir ki, bu barədə Almaniyanın Varşavadakı səfiri Migel Berger məlumat verib.

“Biz bunu 17 iyun 1991-ci ildə imzalanmış qonşuluq müqaviləsinin 35 illiyi münasibətilə planlaşdırırıq. Hazırda danışıqları aparılan müdafiə sazişi həmin gün imzalanacaq”, – deyə Berger PAP agentliyinə bildirib.

Səfir qeyd edib ki, sənəd iki ölkə arasında artıq mövcud olan hərbi əməkdaşlıq üçün hüquqi və siyasi çərçivə yaradacaq.

Sazişin imzalanacağını Polşanın müdafiə nazirinin müavini Pavel Zalyevski də təsdiqləyib.