Almaniya və Ukrayna uzaqmənzilli dronların birgə istehsalını planlaşdırır.
“Suspilne” xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynaya səfəri zamanı bildirib.
Onun sözlərinə görə, Ukrayna və Almaniya şirkətləri bir sıra perspektivli layihələr üzərində çalışırlar.
Pistorius qeyd edib ki, layihələr həm 100 kilometrdən az məsafəyə uça bilən dronları, həm də 1500 kilometrədək uçuş məsafəsinə malik uzaqmənzilli sistemləri əhatə edir: “Uzaqmənzilli dronların inkişafı Ukraynanın hərbi infrastrukturuna qarşı Rusiya hücumlarının qarşısının alınması baxımından əsas əhəmiyyət daşıyır”.
Nazir əlavə edib ki, bu tip dronlar kütləvi şəkildə istifadə olunacağı təqdirdə, Rusiyanın Hava Hücumundan Müdafiə sistemlərini effektiv şəkildə sıradan çıxarmaq və məhv etmək imkanına malik olacaqlar.