Almaniyadan Türkiyəyə JEST: “AB-nin sanksiya arzusunu gözündə qoydu”
Banuçiçək Kalbalıyeva
10:43 06.05.2021
Dünya
564
“Almaniya sözünü dedi və qardaş ölkə əleyhinə Avropa Birliyində hansısa sanksiya qəbul olunmadı”
“Türkiyə artıq qlobal və regional proseslərə təsir gücünə malik ölkəyə çevrilib”
“Bunu Almaniya da bildiyinə görə, Türkiyəni özünə dost, strateji tərəfdaş kimi görür”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkel arasında görüş keçirilib. “Haber Global” Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata əsasən xəbər verir ki, görüş videokonfrans formatında təşkil olunub. Görüş zamanı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib.
Prezident Ərdoğan Almaniyanın növbəti seçki müddətinə daxil olduğunu qeyd edərək, bu dövrün ölkə üçün faydalı şəkildə bitəcəyini arzulayıb və yaxın gələcəkdə formalaşacaq yeni hökumət zamanında da Türkiyə-Almaniya əlaqələrinin strateji baxışla inkişafına inandığını bildirib.
Dövlət başçısı Türkiyə-Avropa İttifaqı əlaqələrində yaranmış müsbət dəyişikliklərin qorunub saxlanmasının vacibliyini vurğulayıb, İttifaq üzvü olan Yunanıstanın təhrikedici hərəkətləri, Ege dənizində miqrantların hüquqa və vicdana zidd olaraq, geri qaytarılması hallarının daha da artmasına baxmayaraq, Türkiyənin Aİ ilə münasibətlərdə konstruktiv mövqeyini qoruduğunu qeyd edib.
Politoloq Natiq Miri “Sherg.az”a açıqlamasında tərəflər arasındakı əlaqələrin tarixi köklərindən danışdı:
“Türkiyə ilə Almaniya arasında xüsusi əlaqələr var. Bildiyiniz kimi, hər iki dünya müharibəsində Almaniya Türkiyənin müttəfiqi olub. Əlbəttə, bu əlaqələrdə qardaş ölkənin geosiyasi mövqeyi də nəzərə alınır. Almaniya Türkiyənin imtina edilməz dövlət olduğunu bilir. İkinci bir tərəfdən, Almaniyada milyonlarla türk vətəndaşı yaşayır ki, bu da həmin ölkənin iqtisadiyyatı üçün ciddi töhfədir.
Həmçinin bir çox Avropa dövlətlərinin, o cümlədən Fransanın Türkiyə ilə gərgin münasibətlərinə rəğmən, Almaniya həmişə müttəfiqinin yanında qərar tutub. Aralıq və Egey dənizində Yunanıstanla münaqişə Avropa Birliyində müzakirəyə çıxarılan zaman rəsmi Ankaraya qarşı ciddi sanksiyaların tətbiq olunacağı gözlənilirdi. Lakin Almaniya yenə sözünü dedi. Beləliklə, qardaş ölkə əleyhinə Avropa Birliyində hansısa sanksiya qəbul olunmadı”.
N.Mirinin fikrincə, tərəflər arasındakı əməkdaşlıq gələcəkdə də davam edəcək:
“Almaniyada hətta Merkel hakimiyyətdən getsə belə, bu, qarşılıqlı əlaqələrə təsir etməyəcək. İki ölkə bir-birilərinə dəyər verir. Həm Türkiyə, həm də Almaniya anlayır ki, onların indiki vəziyyətdə bir-biriləri ilə yaxınlaşmaları hər ikisi üçün qazancdır. Hər halda müasir dünyada qardaş ölkənin rolu getdikcə artır. Türkiyə artıq qlobal və regional proseslərə təsir gücünə malik ölkəyə çevrilib. Bunu Almaniya da bildiyinə görə, Türkiyəni özünə dost, strateji tərəfdaş kimi görür.
Fikrimcə, Almaniyanın tutduğu mövqe ağıllı davranışdır. Düşünürəm ki, gələcəkdə əlaqələrə ziyan dəyməyəcək və qarşılıqlı münasibətlər müsbət məcrada inkişaf edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Chanel” birinciliyi heç kimə vermir
06:06 07.08.2026
Relaks
Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb, xəsarət alan var
05:25 07.08.2026
Gündəm
Almaniyada iki İraq vətəndaşı terror şübhəsi ilə saxlanılıb
03:33 07.08.2026
Dünya
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə