
Analitik: Aİ Suriyaya qarşı birbaşa olmasa da, müəyyən qədər sanksiyalardan əl çəkə bilər
13:54 16.05.2025
Dünya
531
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aİ-ni Suriyaya tətbiq etdiyi sanksiyaları ləğv etməyə çağırıb. Tiranada “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış plenar sessiyasında çıxış edən Ərdoğan Aİ-nin Suriyaya yenidənqurma səyləri üçün maliyyə dəstəyi göstərməsinin suriyalıların geri dönüşünü sürətləndirəcəyini qeyd edib. O əlavə edib ki, ABŞ Prezidenti Trampın Suriyaya tətbiq edilən sanksiyaları ləğv edəcəyini bəyan etməsi Suriyanın bir an öncə rifaha qovuşması üçün atılmış çox qiymətli bir addımdır. Tramp bu qərarı ilə regional sabitliyə və inkişafa verdiyi önəmi bir daha göstərmişdir. Sözügedən qərarın digər ölkələrə də nümunə olmasını diləyirik. Aİ tərəfindən sabiq rejimə tətbiq edilən sanksiyaların da eyni şəkildə qaldırılmasını, yenidənqurma üçün maliyyə dəstəyi təmin etməsini gözləyirik. Bu dəstək ölkə xaricindəki suriyalıların könüllü, ləyaqətli və təhlükəsiz geri dönüşlərinə sürətləndirici təsir göstərəcək.
Hərbi-siyasi ekspert Həşim Səhrablı Sherg.az-a söyləyib ki, Avropa İttifaqı Suriyaya qarşı sanksiyaları aradan qaldırsa da, qaldırmasa da, bölgədəki reallıq əhəmiyyətli dərəcədə dəyişib:

“Artıq Bəşər Əsəd hakimiyyətdə deyil, fars rejimi 70 illik xuntasını davam etdirmir. Yeni hakimiyyət Əsəd rejiminə nəzərən Qərblə münasibətlərə daha açıqdır, dünyəvi proseslərə maraqlıdır. Ona görə də bu gün Aİ-nin sanksiyalarla bağlı verdiyi qərardan asılı olmayaraq dünyada çağdaşlaşma prosesi gedir. Dünya Avropadan və Amerikadan böyükdür. Avropa dövlətləri düşünməlidir ki, Suriyadakı siyasi mühitin qarşısını almaqdansa, onunla birlikdə işləmək daha çox kimə fayda verər. Əgər onlar Əhməd əl-Şara rejiminə qarşı çıxsalar, həmin halda yeni hakimiyyətin digər dünyəvi güclərə yönəldiyinin şahidi olarıq. Amma Əhməd əl-Şara hakimiyyəti Avropaya, Amerikaya belə ayıq açır. Əhməd əl-Şaranın Amerika Prezidenti Donald Trampla görüşü müsbət keçid mərhələsi idi. Hesab edirəm ki, Avropa İttifaqı birbaşa olmasa da, müəyyən qədər sanksiyalardan əl çəkə bilərlər. Əgər həqiqətən də Avropa Suriyada istədikləri hakimiyyətlə bağlı bəyanatlarında səmimiydilərsə, onda Əhməd əl-Şara rejiminin onlara uzatdığı əli və Ərdoğanın çağırışını müsbət qiymətləndirməlidirlər. Avropa hazırda düşdüyü çətin vəziyyətdə Yaxın Şərqin önəmli regionunda hərbi, strateji əhəmiyyəti olan ölkəni itirməkdənsə, bundan faydalanmağı hədəfləməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya