Argentinada misli görünməmiş inflyasiya qeydə alınıb
12:19 17.01.2022
Dünya
555
2021-ci ildə bir sıra ölkələrdə inflyasiyanın son onillikdə rekord göstəriciləri qeydə alınıb. Argentina bu göstərici üzrə həmin ölkələrin demək olar ki, hamısını “geridə qoyub”.
AZƏRTAC xəbər verir ki, 2021-ci ildə bu ölkədə istehlak qiymətləri indeksi 50,9 faizə bərabər olub. Bu, Braziliya ilə müqayisədə (10,6 faiz) beş dəfə, Çili ilə müqayisədə (7,2 faiz) yeddi dəfə, Boliviya ilə müqayisədə (0,9 faiz) 50 dəfə çoxdur. Yeri gəlmişkən, Boliviyada inflyasiya göstəricisi Latın Amerikası regionunda ən aşağı səviyyədə olub. Hiperinflyasiya ilə bağlı ciddi iqtisadi böhranla üzləşmiş Venesuelada isə istehlak qiymətləri indeksi 700 faizə yaxındır.
2021-ci ildə Argentina hökuməti mal əti ixracını məhdudlaşdırıb və daxili bazarda qiymətləri nəzarətə alıb, lakin bu da faydasız olub: son bir ildə ət 60,6 faiz bahalaşıb. Bu, ümumi inflyasiya ilə müqayisədə təqribən 10 faiz bəndi qədər çoxdur.
Argentinada inflyasiyanın yüksək olmasına səbəb çoxdur. Lakin iqtisadçıların fikrincə, əsas səbəb odur ki, ölkə qazandığından çox xərcləyir. Son 50 ildə yalnız altı dəfə - 2003-2008-ci illərdə büdcə kəsiri olmayıb. Həmin dövrdə xammalın rekord qiymətləri profisitin xeyli artmasına səbəb olub.
Argentinada bir-birini əvəz edən hökumətlər xərclərin öhdəsindən gəlmək üçün borca düşməyi və ya pul emissiyasını üstün tutublar. Birinci strategiya Argentina tarixi ərzində doqquz dəfə defolt ilə nəticələnib. Hazırda hökumət onuncu defoltdan yaxa qurtarmaq üçün Beynəlxalq Valyuta Fondu ilə danışıqlar aparır.
İnflyasiyanın yüksək olmasına bir növ adət etmiş şirkətlər öz gəlirlərini saxlamaq üçün əvvəlcədən ehtimal edilən qiymət artımından sığortalanırlar. Həmkarlar İttifaqları işçilərin alıcılıq qabiliyyətini dəstəkləmək üçün əməkhaqqının artırılmasını tələb edirlər və beləliklə “qüsurlu dairə” yaranır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi