Avropa Liqasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi

"Aston Villa"nın hücumameyilli yarımmüdafiəçisi Morqan Rocers Avropa Liqasında mövsümün ən yaxşı futbolçusu seçilib.

Oxu.Az bildirir ki, bu barədə turnirin mətbuat xidməti "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat yayıb.

Rocers Avropa Liqasının cari mövsümündə ümumilikdə 15 matçda meydana çıxıb. O bu oyunlarda üç qol vurub və beş məhsuldar ötürmə ilə yadda qalıb.

İngiltərə təmsilçisinin Almaniyanın "Frayburq" klubuna 3:0 hesabı ilə qalib gəldiyi İstanbuldakı final qarşılaşmasında isə yarımmüdafiəçi bir qol və bir məhsuldar ötürmə ilə komandasının qələbəsində əsas fiqurlardan biri olub.

Qeyd edək ki, Rocersin Birmingem təmsilçisi ilə mövcud müqaviləsinin müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulub.