Avstriya kansleri Moskvaya səfərə gedəcək

Avstriya kansleri Karl Nehammer aprelin 11-də Moskvaya səfərə gedəcək.

APA-nın TASS-a istinadla xəbərinə görə, səfərdə məqsəd Rusiya Prezidenti Vladimir Putinlə görüşməkdir.

Faktı həm Rusiya, həm də Avstriya tərəfləri tədfiq edib.