Barış Mançonun avtomobili haradadır?
Barış Mançonun avtomobili haradadır?
Yusif Sultanoğlu
07:41 01.05.2024
Dünya
737
Doğukan Manço atasının Belçikada qalan avtomobilini Türkiyəyə gətirmək istəyir
Türk dünyasının sevilən ifaçısı, mərhum Barış Manço vəfatından bir qədər əvvəl Belçikada səfərdə olub və orada avtomobil alıb. Lakin avtomobilin hazırda harada olması müəmmalıdır.
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, atasının avtomobilinin taleyinə oğlu Doğukan Manço aydınlıq gətirməyə çalışıb. Sosial mediada paylaşım edən Doğukan Manço atasının Belçikada qalan avtomobilini Türkiyəyə gətirmək istəyir. Və bu məqsədlə fəaliyyətə keçib. D.Manço bunun üçün bəzi rəsmi dairələrin yardımına ehtiyac olduğunu qeyd edib. Rəsmi dairələrə müraciət üçün Doğukan Manço anası Lalə Manço Ahıskalı və qardaşı Batıkan Mançoyla bir araya gəlib. D.Manço paylaşımında “atamın avtomobili haradadır, kimdədir? Belçikadan avtomobilin gətirilməsi üçün Ticarət Bakanlığı, Gömrük Müdirliyinə istədikləri sənədləri təhvil vermək üçün anam Muğladan, qardaşım Batıkan Belçikadan Türkiyəyə gəliblər. Sənədləşmə işlərini tamamlamışıq. Ümid edirəm, işlər yolunda gedəcək”, qeyd edib. Doğukan Manço 1981-ci ildə Belçikanın Liege şəhərində anadan olub. Kiçik yaşlarından fərdi piano və gitara dərsləri alıb. Orta təhsilə isə İstanbulda - Qalatasaray liseyində başlayıb. Orta təhsilini Bahariyyə liseyndə tamamlayıb. 1997-ci ildə atasının məsləhəti ilə Mərmərə Radio Televiziya Qəzetçiliyi Anadolu Texniki liseyinə keçib. Barış Manço 1999-cu ildə vəfat etdikdə ali təhsil almaq üçün ABŞ-nin Florida ştatına gedib. Şəhər və bölgə planlaşdırılması ixtisası alıb. Floridada yaşadığı illərdə Florida Türk Radiosunda türk dilində “Bişilmiş köynək” adlı proqram hazırlayıb və aparıcılıq edib. 2008-ci ildə Türkiyəyə qayıdıb. Və eyni adlı proqramı Türkiyə radiosunda səsləndirib. D.Manço peşəkar drift pilotudur. DC-lik də edir. 2012-ci ildə “Manço prodaksn” yayım şirkəti təsis edib. Populyar mahnıların yayımı, reklamı ilə məşğul olur. 2013-cü ildə “Survivor” yarışmasına qatılıb. Finala qədər yüksələrək yarışın ikincisi olub. Göstərdiyi uğurlu nəticələr səbəbiylə Acun İlıcalı tərəfindən “Survivor All Star” komandasına daxil edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qarabağ" Avstriya komandasını darmadağın etdi
22:30 27.06.2026
Futbol
İsveçrədə buzlaqların əriməsi rekord səviyyəyə çatıb
22:15 27.06.2026
Ekologiya
UFC: Nazim Sadıxov nakautla məğlub olub
22:05 27.06.2026
İdman
Ukraynaya "yaşıl işıq": Tramp bu razılaşmalardan imtina edir
21:47 27.06.2026
Dünya
UFC: Qazaxıstanlı Asu Almabayev inamlı qələbə qazanıb
21:44 27.06.2026
İdman
Ermənistan və İran 7,2 kilometrlik tunelin tikintisinə başladılar
20:43 27.06.2026
Region
Fransada dəhşətli istilər: 109 nəfər öldü..
20:14 27.06.2026
Dünya
Ukraynada daha iki gürcü könüllü həlak olub
19:53 27.06.2026
Dünya
CHP-dən 86 deputat başqa partiyaya keçəcək? - İDDİA
19:49 27.06.2026
Siyasət
Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb
19:32 27.06.2026
Hadisə
Göyçayda çaya yıxılan 57 yaşlı kişi xilas edilib
18:45 27.06.2026
Hadisə
Əfqanıstanda 6,2 bal gücündə zəlzələ olub
18:32 27.06.2026
Dünya
Qanunsuz saxlanılan 9 tüfəng, 2 avtomat aşkarlandı
18:17 27.06.2026
Hadisə
Nəriman Həsənzadənin vəziyyəti ağır stabil olaraq qalır
17:50 27.06.2026
Mədəniyyət
Hörmüz boğazında tanker vurulub
17:48 27.06.2026
Gündəm