Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib

Rusiya ordusu son üç ay ərzində cəbhədə 124 170 hərbçisini itirib, bunun 42 mindən çoxu avqust ayında olub.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Ümumilikdə yayın üç ayı ərzində düşmən 124 170 nəfər itki verib. İyun ayında 39 290, iyulda 42 860, avqustda isə 42 020 nəfər itki qeydə alınıb. 2026-cı ilin yay ayları ərzində Ukrayna Müdafiə Qüvvələri yaz ayları ilə müqayisədə düşmənin canlı qüvvəsinə 25,8 faiz daha çox zərər vurub”, - Baş Qərargah vurğulayıb.