Bayden-Putin görüşü: "Kremlə “yaşıl işıq”yandırılır"
Banuçiçək Kalbalıyeva
11:38 25.05.2021
Dünya
644
“Bu günlərdə Bayden “Şimal axını-2” layihəsində iştirak edən şirkətləri “qara siyahı”dan çıxardı”
“Əlbəttə, bu, diplomatik gedişdir və heç də ABŞ-ın yolundan dönməsi, qətiyyətsizliyi kimi başa düşülməməlidir”
“Cenevrə ABŞ Prezidenti Co Bayden və Rusiya Prezidenti Vladimir Putin arasında potensial görüş üçün ən çox ehtimal olunan məkandır”.
APA-nın xəbərinə görə, bu barədə NBC-nin jurnalisti Ceff Bennett "Twitter" hesabında bildirib. O, bu barədə Bayden administrasiyasındakı dörd mənbəyə istinadən yazıb.
Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden daha öncə bildirib ki, o, iyun ayında Avropaya planlaşdırılan səfəri çərçivəsində rusiyalı həmkarı ilə görüşməyə ümid edir.
Siyasi analitik Samir Hümbətov görüş barədə “Sherg.az”a danışdı. Onun fikrincə, debat baş tutacaq:
“Təxminən bir ay əvvəl Rusiya belə bir təşəbbüslə çıxış etdi və ABŞ konkret cavab vermədi. Sonra əksinə oldu. Amma reallıq ondan ibarətdir ki, masaya çıxarılası diplomatik məqamlar var. Belə olan halda hətta düşməninlə də görüşməlisən. Ümumiyyətlə, son vaxtlar baş verən proseslər, o cümlədən müxtəlif regionlarda maraqların toqquşması belə bir dialoqu labüd edir. Bəlkə də, görüş bir az gec keçiriləcək. Amma mütləq olacaq”.
S.Hümbətov düşünür ki, tərəflərin müzakirə edəcəyi xeyli məsələlər var:
“ABŞ və Rusiya arasında hər görüşdə zərbə ikinci dövlətə dəyib. Çünki Vaşinqton təsir vasitələrini əlində saxlamağı bacarır. Bildiyiniz kimi, dünyada valyuta mübadiləsinin 70 faizi dollarladı. Rus iqtisadiyyatı neft-qaz və silah satışı üzərində qurulub. Və bu satış dollarla həyata keçirilir. Deməli, rus iqtisadiyyatı dollardan asılı vəziyyətdədir.
Moskvaya tətbiq edilən sanksiyalar onun iqtisadiyyatını ağır vəziyyətə salıb. Üstəgəl, Qarabağ müharibəsindən sonra silah satışında geriləmə oldu, neft gəlirləri azaldı.
Bu günlərdə Bayden “Şimal axını-2” layihəsində iştirak edən şirkətləri “qara siyahı”dan çıxardı və Kremlə yaşıl işıq yandırdı. Əlbəttə, bu, diplomatik gedişdir və heç də ABŞ-ın yolundan dönməsi, qətiyyətsizliyi kimi başa düşülməməlidir. Bundan sonra xüsusilə qaz-neft və silah satışı məsələsində. Şimal qonşumuzun məqsədi Ukraynanın Qərbə inteqrasiyasının qarşısını almaq və Azərbaycanı KTMT-yə üzv etməkdir.
Fikrimcə, Putin həm iqtisadi sanksiyaları ləğv etmək, həm də sadaladığım siyasi toqquşmaları nəzərdən keçirməkdən ötrü Baydenlə görüşə maraqlıdır. Həmçinin Rusiyanın Belarusla münasibətləri, pandemiyadan sonrakı durum, vaksin diplomatiyası da gündəm mövzuları olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Termoslar kor edir? - Xəbərdarlıq
06:54 05.05.2026
Sağlamlıq
Kanyenin qızının ilk albomu!
05:35 05.05.2026
Şou
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil