Bayden-Zelenski görüşü: "Sülh və təhlükəsizliyin təmin olunması..."
Banuçiçək Kalbalıyeva
10:31 12.06.2021
Dünya
599
“Ukrayna ilə Rusiya arasında baş verən son hadisələr fonunda ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin Ukrayna dövlət başçısı Vladimir Zelenski ilə görüşüb-görüşməyəcəyi maraqla gözlənilirdi. Bu görüş ABŞ –Ukrayna münasibətlərinin yaxın gələcəkdə hansı istiqamətdə inkişaf edəcəyini proqnozlaşdırmaq baxımından da mühüm əhəmiyyət kəsb edir.
İyunun 7-də Co Bayden Zelenskiyə zəng edərək onu Vaşinqtona dəvət etdi. Səfərin Co Baydenin Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan və rusiyalı həmkarı Vladimir Putinlə qarşıdakı görüşlərindən sonra təşkil olunması qərara alınıb. Beləliklə, Ukrayna lideri onu maraqlandıran beynəlxalq məsələlər haqqında təkcə ABŞ-ın deyil, eyni zamanda Rusiya və Türkiyənin mövqeyini də öyrənə biləcək”.
Bu sözləri "Sherg.az"a BDU-nun professoru, politoloq Əlimusa İbrahimov deyib.
O, görüş barədə daha ətraflı “Sherg.az”a danışdı:
“Diqqət çəkən məqam odur ki, Ərdoğan-Bayden görüşünə toxunan mütəxəssislərin heç biri bu görüşdə Ukrayna - Rusiya münasibətlərinin də müzakirə olunacağı haqqında məlumat vermirlər. Amma iki liderin regionu narahat edən digər məsələlərlə yanaşı, Ukrayna mövzusuna toxunmaması sadəcə mümkün deyil. Co Baydenin Cənubi Qafqazda olduğu kimi, Ukrayna ilə münasibətdə də Türkiyə üçün yeni vəzifələr müəyyənləşdirməyin tərəfdarı olması barədə artıq informasiyalar sızıb.
Zelenski Türkiyə və Rusiya prezidentlərinə qədər Co Baydenlə görüşməyə can atırdı və hesab edirdi ki, görüşlərin sıralanması ABŞ-ın bu ölkələrə verdiyi əhəmiyyətin dərəcəsindən asılıdır.
Amma Baydenin Zelenski ilə G7 və NATO tədbiri çərçivəsində deyil, Vaşinqtonda görüşməyi qərar alması Ukraynanın ABŞ üçün heç də az əhəmiyyətli bir ölkə olmadığını sübut etdi . Zelenski də hadisələrin bu istiqamətdə inkişaf etməsindən- onun Vaşinqtona dəvət olunmasından məmnun görünür.
Hər halda Ukraynada bu görüşə çox ciddi hazırlıq işlərinə start verilib. “ Mən buraya prezident Baydenin Ukrayna prezidenti Zelenski ilə telefon danışığı apardığı Oval kabinetdən gəlirəm.
Avropadan qayıtdıqdan sonra prezident Bayden Vladimir Zelenskini Ağ evdə qəbul etməyə hazırdır.”- Kiyev üçün böyük əhəmiyyət kəsb edən bu bəyanatı ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Cek Sallivan iyunun 7-də jurnalistlər qarşısında çıxışı zamanı verib. Məlum olduğu kimi, Co Bayden G7 qrupunun sammitində iştirak etmək üçün artıq Böyük Britaniyadadır. İyunun 14-də Brüsseldə keçiriləcək NATO-nun sammitində iştirak edəcək. İclas çərçivəsində Türkiyə prezident Rəcəb Tayyip Ərdoğanla çoxdan gözlənilən və Ukraynadakı vəziyyətin də müzakirə ediləcəyi görüşünü həyata keçirəcək. İyunun 16-da isə Cenevrədə Vladimir Putinlə görüşmək qərara alınıb”.
Politoloqun sözlərinə görə, ABŞ əvvəlki qüdrətini bərpa etməyə haızrlaşır:
“Qeyd olunan bəyanatı zamanı Cek Sallivan eyni zamanda bildirib ki, Bayden Zelenskini əmin onun administrasiyasının Ukraynanın suverenliyini, ərazi bütövlüyünü və gələcək hədəflərini ciddi şəkildə dəstəkləyəcəyini əmin edib. Vladimir Zelenski də öz növbəsində Amerika saytına müsahibəsində Baydenlə görüşmək imkanı olduğuna görə minnətdarlıq ifadə edib. Bildirib ki, bəzi məsələlərin müzakirə olunması üçün üz-üzə görüşmək çox böyük əhəmiyyət kəsb edir. Zelenski eyni zamanda nəticəsindən asılı olmayaraq, Baydenlə görüşüb bütün məsələləri müzakirə etməyə hazır olduğunu bildirib. Beynəlxalq münasibətlər üçün çox qısa görünən bu müddət ərzində ABŞ-ın yeni prezidenti Baydenin belə əhəmiyyətli görüşlər keçirməsi və müzakirələr aparması onun ölkənin gələcəyi naminə qarşıda çox böyük məsələləri həll etmək məqsədindən xəbər verir. Bu təşəbbüslər Donald Trampın uğursuz hakimiyyətindən sonra Co Bayden və Amerika prezidentlərinə qarşı münasibəti yenidən formalaşdırır. Deyəsən, ABŞ, həqiqətən, “qayıdır.” Təki Amerikanın növbəti “qayıdış”ı üçün atılan bu addımlar bütün dünyada sülh və təhlükəsizliyin təmin olunmasına da öz töhfəsini versin”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə 70 yaşlı kişinin meyiti tapıldı
21:23 06.10.2026
Hadisə
16 yaşlı qızını nişanlayan ata cərimələndi
21:00 06.10.2026
Sosial
Rusiyadan AZAL qəzası ilə bağlı yeni açıqlama...
20:50 06.10.2026
Aktual
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə görüşdü
20:38 06.10.2026
Gündəm
Ayı qəbri qazaraq qadın meyitini apardı
20:17 06.10.2026
Dünya
İranda 70 siyasi məhbus edam edildi
20:02 06.10.2026
Region
Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb
19:53 06.10.2026
Hərbi
39 yaşlı ƏFSANƏ: Messi Argentina millisində son oyununa çıxır
19:46 06.10.2026
Futbol
Ərdoğandan universitetlərə süni intellekt xəbərdarlığı
19:41 06.10.2026
Gündəm
Məktəb direktoru onkoloji xəstəlikdən vəfat etdi
19:37 06.10.2026
Hadisə
Qadınlar kişilərdən daha çox ağrı hiss edir - ARAŞDIRMA
19:33 06.10.2026
Sağlamlıq
Yeni qatarlar Bakıda tıxacları azalda bilər - EKSPERT
19:27 06.10.2026
İnfrastruktur
Ayı qəbri qazaraq qadın meyitini apardı
19:15 06.10.2026
Hadisə
Ermənistan və Litva müdafiə sahəsində əməkdaşlıq edəcək
19:08 06.10.2026
Cənubi Qafqaz
Hörmüzdə ticarət gəmisi vuruldu: 12 yaralı
18:33 06.10.2026
Dünya