“Uzunmüddətli razılaşmaya nail olmaq üçün İran qonşu ölkələrə ərazilərinə edilən hücumlardan dəyən ziyana görə kompensasiya ödəməlidir”.
Teleqraf xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) prezidentinin müşaviri Ənvər Qarqaş deyib.
“Əgər İran da təcavüzkarlıqla bağlı razılaşma istəyirsə, bu razılaşma hər kəsə şamil edilməlidir. Söhbət təkcə ABŞ və İsrailin İrana qarşı hərəkətlərindən deyil, həm də İranın qonşularına qarşı düşmən addımlarından gedir. İranlılar kompensasiyadan danışırlarsa, buna da diqqət etməlidirlər”, - o bildirib və qeyd edib ki, regionda ən çox BƏƏ İranın raket və PUA hücumuna məruz qalıb.