Belarusun Avropa İttifaqı ölkələri ilə sərhəd-keçid məntəqələrində 2,3 mindən çox minik və yük avtomobili, eləcə də sərnişin avtobusu növbədə gözləyir.
Sherg.az xəbər verir ki, Belarus Dövlət Sərhəd Komitəsinin məlumatına görə, ən böyük sıxlıq Polşa ilə sərhəddə qeydə alınıb. Burada həm minik, həm də yük avtomobillərinin uzun növbələri yaranıb.
Növbələr Litva ilə sərhəddə də müşahidə olunur, Latviya istiqamətində isə minik avtomobilləri üçün sıxlıq yoxdur. Bununla yanaşı, yük avtomobillərinin növbəsi Polşa, Litva və Latviya ilə sərhəd-keçid məntəqələrinin hamısında qeydə alınıb.
Qeyd edək ki, Latviya hökuməti Belarusla sərhədin tam bağlanması məsələsini müzakirə etməyi planlaşdırır.