“Belarusun Ukraynadakı müharibəyə qarışmaq niyyəti yoxdur, amma ölkə yalnız ərazisinə hücum edilərsə, müharibəyə cəlb edilə bilər”.
Teleqraf xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Bu, yalnız bizi müharibəyə, o cümlədən Ukraynaya qarşı müharibəyə cəlb etsələr, baş verəcək. Yəni ölkəmizə təcavüz etsələr. Amma bizim Ukraynada müharibəyə cəlb olunmaq niyyətimiz yoxdur. Buna ehtiyac yoxdur. Nə mülki, nə də hərbi baxımdan”, - dövlət başçısı qeyd edib.