Belarus üç keçmiş sovet ölkəsini “etibarsız” adlandırdı

“Baltikyanı ölkələr - Latviya, Litva və Estoniya etibarsız və uyğunsuz tərəfdaşlardır”.

Teleqraf xəbər verir ki, bunu Belarus xarici işlər naziri Maksim Rıjenkov Rusiya mediasına deyib.

“Avropa İttifaqı və ayrı-ayrı üzvləri, xüsusən də Baltikyanı ölkələr son dərəcə etibarsız və uyğunsuz tərəfdaşlardır”, - nazir bildirib.

Diplomat əlavə edib ki, Belarus Baltik limanlarından malların tranziti üçün istifadə etməzdən əvvəl iki dəfə düşünəcək. Rıjenkov bu barədə danışarkən Baltikyanı ölkələrdə kalium terminallarının ələ keçirilməsini və Belarus mallarına qarşı sanksiyaların tətbiq edilməsini xatırladıb.