"Beyni olmayan adam" gerçəkdirmi?
Yusif Sultanoğlu
05:54 05.12.2023
Dünya
794
Məsələni türkiyəli professorlar izah etməyə çalışıb
İnsan beyni daim maraq dairəsindədir. Sinir sistemi ilə bağlı ta qədim zamanlardan araşdırmalar aparılıb, bir çox əsaslı elmi nəticələrə gəlinməsinə baxmayaraq, beyin bəzi hallarda möcüzəsini qorumaqdadır. Son günlərdə isə sosial media platforması tiktokda “beyni olmayan adam” adı altında təqdim edilən videoya rekord baxış sayı olub.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, bu video insan beyni haqqında bir çox ilginc mülahizələrin ortaya gəlməsinə səbəb olub. Videoda başının bir hissəsi olmayan adam görüntülənib və qeyd edilir ki, bu adamın beyin toxumalarının böyük bir qismi yoxdur, lakin o, həyatına normal şəkildə davam edir. Bu, necə mümkün ola bilər? Videonu izləyənlər arasında görüntülərin həqiqəti əks etdirmədiyini iddia edənlər də çoxdur. İzləyicilər haqlı olaraq sual edir: “Beyin toxumalarının böyük bir hissəsi itirilirsə, insan normal həyatına davam edə bilərmi?”. Məsələni türkiyəli professorlar Dilcan Kotan və professor Aynur Özge izah etməyə çalışıb.
Professor Dilcan Kotan deyib ki, beyin ümumi sinir sisteminə ən yüksək səviyyədə nəzarət həyata keçirən orqandır. Beyinsiz bu nəzarət mümkün deyil: “İnsan beyni sağ və sol yarımkürələrdən və milyonlarla toxumalardan, hüceyrələrdən ibarət mürəkkəb bir sistemə malikdir. Beyin yarımkürələrini birləşdirən bu quruluş sinir toxumalarını zaman-zaman kompensasiya etmək qabiliyyətinə malikdir. Buna müasir elmdə “neyronal plastise” deyilir. Fəaliyyətini itirdiyi zənn edilən bəzi sinir kökləri təkrar canlanıb fəaliyyət göstərə bilirsə, neyroloji dayaqlar bu mexanizm üzərindən geriləyə bilir. Beyində sinir hüceyrələri arasında onlara dəstək verən aralıq hüceyrələr də var. Bunlar beyin yarımkürələrində fərqli ola bilər. Professor deyib ki, bəzən beynin böyük bir qismini “glioblastoma multiforma” adlanan beyin şişləri tutur. Bu, insana baş ağrısı, bədəndə uyuşma, əllərin gücünün zəifləməsi kimi nevroloji əskikliklər verə bilir. Buna əsaslanan professor videodakı görüntülərin həqiqət ola biləcəyini vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə neft ehtiyatlarından istifadə qərarı verdi
14:16 12.03.2026
Gündəm
Türkiyə və NATO İranın mümkün hücumlarına qarşı tədbirlər görür
13:41 12.03.2026
Dünya
İranda müharibə ABŞ-yə hələlik 11,3 milyard dollara başa gəlib
13:21 12.03.2026
Gündəm
İran Avropa İttifaqının vasitəçi olmasını istəyir
13:16 12.03.2026
Gündəm
Paşinyan Azərbaycanla bağlı iddianı təkzib etdi
13:09 12.03.2026
Cəmiyyət
İranda müharibəyə çağırış edənlər cəzadan qaça bilməyəcək - RƏY
13:02 12.03.2026
Gündəm
İsraildə yaralananların sayı 2745-ə çatıb
12:51 12.03.2026
Dünya
Zənginlər müharibədən qaçmaq üçün SƏRVƏT XƏRCLƏYİR
12:40 12.03.2026
Gündəm
Gəncədə sahibsiz itlərin toplanmasına başlandı - FOTO
12:26 12.03.2026
Ölkə
Qebreyesus səhiyyəyə çox az vəsait ayrılmasından şikayətlənib
11:38 12.03.2026
Gündəm