Birləşmiş Millətlər Təşkilatı Yaxın Şərqdəki müharibə dərhal bitsə belə, qlobal humanitar təchizat zəncirlərinin 2027-ci ilə qədər bərpa olunmayacağını açıqlayıb.
Teleqraf xəbər verir ki, BMT-nin Uşaq Fondunun (UNICEF) şöbə rəhbəri Jan-Sedrik Meusa görə, ABŞ-İsrail arasında 28 fevralda İrana qarşı baş verən hücumlardan təxminən 100 gün sonra onun nəticələri Yaxın Şərqdən kənara çıxmaqdadır.
“Qlobal humanitar təchizat zəncirinin pozulması dünyadakı uşaqlara təsir göstərir. Beynəlxalq marşrutlar hələ də tıxacdadır və xərclər artır. ABŞ və İran arasında həftələrlə davam edən dolayı danışıqlara, təhdidlərə və hava hücumlarına baxmayaraq, müharibə dayandırılmayıb və Fars körfəzindən neft və qaz tədarükünün əsas yolu olan Hörmüz boğazı bağlı qalır.Yaxın Şərq və Hörmüz boğazından təchizatların kəsilməsi humanitar böhrana çevrilir. Davam edən gecikmələr və yüksək əməliyyat xərcləri UNICEF-i qlobal maliyyə böhranı fonunda qeyri-mümkün seçim ilə üz-üzə qoyur" - deyə, BMT rəsmisi qeyd edib.