"Böyük tabloda ABŞ-ın Çinə qarşı mübarizəsi var"
04:51 15.06.2021
Dünya
589
"Bayden Trampın dövründə uzaq düşən “müttəfiqlərini” yenidən bir çətir altına toplamağa çalışır"
"Brüsseldə Ərdoğan-Bayden görüşü başlayır: bir tərəfdə Oval kabinetə gəlişindən öncə Ərdoğanı devirmək istəyini açıq dilə gətirən ABŞ prezidenti, digər tərəfdə Şərq istiqamətində regional gücə çevrilən Türkiyə prezidenti. Masada F-35 proqramı, S-400 məsələsi, Yaxın Şərq, Liviya, Şərqi Aralıq, Mərkəzi Asiya, Cənubi Qafqaz var, lakin bunlar pazlın hissələridir".
Bu fikirləri "Şərq"ə açıqlamasında siyasi analitik Asif Nərimanlı deyib. Onun sözlərinə görə, böyük tabloda ABŞ-ın Çinə qarşı mübarizəsi var:
"Bayden Trampın dövründə uzaq düşən “müttəfiqlərini” yenidən bir çətir altına toplamağa çalışır. NATO zirvəsindən öncə keçirilən G7 zirvəsində təqdim edilən Çinin “Bir kəmər, bir yol” layihəsinə qarşı “Dünyanı yenidən daha yaxşı inşa et” planı bu prosesin tərkib hissəsidir. Bayden Ərdoğandan da eyni cəbhədə yer almasını istəyəcək və ABŞ-ın əsas istəklərindən biri Zəngəzur dəhlizidir. Çünki Vaşinqton Pekinin qarşısını “Bir kəmər, bir yol” layihəsinin quru dəhlizlərinin birləşdiyi habda – Cənubi Qafqazda almaq niyyətindədir. Gürcüstan, Ermənistanda Paşinyan hakimiyyəti və Zəngəzur dəhlizi bu prosesdə ABŞ üçün rıçaqlar ola bilər. Hərçənd, Baydenin “köhnə dostları” yenidən toplamaq cəhdinin baş tutacağı sual altındadır".
Politoloq əlavə edib ki, Avropa ölkələri Baydenlə eyni kadrda poz versələr də, “Bir kəmər, bir yol” layihəsindən pay götürmək niyyətlərindən əl çəkmir, xüsusilə Almaniya və Fransa:
"Trampın gəlişindən sonra Avropa ölkələrinin ABŞ-a etibarı azaldı, bu etibarı qaytarmaq istəyən Baydenin isə yaşına görə 4 il sonra yenidən Ağ Evdə qalıb-qalmayacağı bəlli deyil. Ərdoğanın qarşısında onu “devirmək istəyini” dilə gətirən, PKK-nın Suriya qanadı olan PYD/YPG-ni “yerli müttəfiqi” hesab edən, Türkiyənin müstəqil siyasi kursunu qəbul etməyən Bayden var. Türkiyə-ABŞ münasibətlərindəki çoxsaylı problemlər bir görüşlə həll edilməyəcək. Bu görüş növbəti mərhələdə yumşalmaların başlanğıcı ola bilər, hərçənd, Türkiyənin Britaniya-Çin xəttində müstəqil güc olmaq istiqamətində fəaliyyəti Vaşinqton-Ankara cütlüyünün eyni cəbhədə yer alacağı gözləntilərini sıfırlayır. Ərdoğanın Baydenlə görüşdən dərhal sonra Azərbaycana gəlməsi və Şuşada böyük müqavilənin imzalanması da Türkiyənin Cənubi Qafqazda Çinə qarşı mübarizəsində yer almayacağı fikrini gücləndirir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm