Britaniya məhkəməsi Culian Assanjla bağlı qərar verib - YENİLƏNİB
Britaniya məhkəməsi Culian Assanjla bağlı qərar verib - YENİLƏNİB
10:42 26.03.2024
Dünya
455
Böyük Britaniya məhkəməsi Culian Assanja ABŞ-a ekstradisiyaya qarşı mübarizədə möhlət verib.
APA "Guardian"a istinadən xəbər verir ki, Böyük Britaniyanın Ali Məhkəməsinin hakimləri "WikiLeaks"-in təsisçisinə onun Böyük Britaniyadan çıxarılmasına etiraz etmək icazəsi verib.
Əgər Assanja müraciət etmək icazəsi verilməsəydi, o, bir neçə gün ərzində ABŞ-a ekstradisiya edilə bilərdi.
İki günlük dinləmədə onun vəkilləri Assanj və WikiLeaks tərəfindən Əfqanıstan, İraq müharibələri ilə əlaqəli minlərlə məxfi və diplomatik sənədin dərc edilməsi ilə bağlı ittihamların siyasi motivli olduğunu və ekstradisiya tələbinin qanunsuz olduğunu müdafiə ediblər.
Ali Məhkəmənin iki hakimi, Viktoria Şarp və Ceremi Conson qərar veriblər ki, vəkillər Assanjın məsələsinin mübahisəli bir işin olduğunu və apellyasiya məhkəməsinə göndərilməli olduğunu təsdiqləyə biliblər.
***
Böyük Britaniyanın Ali Məhkəməsi bu gün “WikiLeaks”in təsisçisi Culian Assanjın ABŞ-yə ekstradisiyası ilə bağlı qərar qəbul edəcək.
APA xəbər verir ki, Ali Məhkəməsinin iki hakimi Viktoria Şarp və Ceremi Conson bu gün yerli vaxtla 10:30-da avstraliyalı jurnalistin ABŞ-a ekstradisiyasına etiraz etməsi üçün Böyük Britaniyada son müraciət edib-etməməsinə qərar verəcək.
Assanj qalib gələrsə, onun etirazına yenidən baxılması üçün tam apellyasiya dinləməsi keçiriləcək. Lakin uduzacağı təqdirdə Böyük Britaniyada hüquqi imkanları tükənəcək Assanj qarşıdakı həftələr ərzində ABŞ-a ekstradisiya edilə bilər.
Qeyd edək ki, Böyük Britaniya hökuməti 2022-ci ilin iyununda Assanjın ABŞ-yə ekstradisiyasını təsdiqləyib və o, həmin vaxtdan qərarın ləğvinə çalışır.
52 yaşlı jurnalist 2010-cu ildə ABŞ-ın İraq və Əfqanıstandakı müharibəsi ilə bağlı “WikiLeaks”də yüz minlərlə material dərc edib. Vaşinqton iddia edir ki, Assanj və "WikiLeaks"dəki digər şəxslər ABŞ tarixində məxfi məlumatların ən böyük kompromislərindən birini həyata keçirmək üçün hakerlərlə işləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm